!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Exit poll”: Prezident seçkilərinin yekun nəticəsi - YENİLƏNDİ

!Reklam – Yazi

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı “exit-poll”un yekun nəticələri açıqlanıb.

“Imedi” telekanalının sifarişi ilə “Gallup International” beynəlxalq assosiasiyasının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili 57 faiz səs toplayıb. Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir.

Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 43 faiz səs toplayıb.

***

Amerikanın “Edison Research” kompaniyası Gürcüstanda prezident seçkilərinin ikinci turunda keçirdiyi “exit poll”un nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, “Rustavi 2” televiziya şirkətinin sifarişi ilə keçirilmiş ilk “exit poll”un saat 17:00-a olan nəticələrinə görə, Salome Zurabişvili seçicilərin 55 faizinin, Qriqol Vaşadze isə 45 faizinin səsini qazanıb.

“Gallup International” şirkətinin “İmedi” telekanalının sifarişi ilə keçirdiyi analoji sorğuya əsasən, S.Zurabişvili 58 faiz, Q.Vaşadze isə 42 faiz səs toplayıb.

www.yenicag.az

2714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv