Əxlaqsız yuvalar təşkil edən qadın saxlanıldı – Bakıda

Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın tutulub.

Yenicag.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova Prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

O, məhkəmə qərarı ilə həbs olunub.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə cinayət işi başlanılıb.