!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Expressbank” işçi axtarır – VAKANSİYA

!Reklam – Yazi

“Expressbank” satınalma və texniki təminat şöbəsinə mütəxəssis vəzifəsinə işçi axtarır.

Yeniçağ.Az-ın məlumatına görə, ali təhsilli analoji sahədə 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 20-dir.

Tələblər:
– Ali təhsil;
– Analoji sahədə minimum 2 il təcrübəsi;
– Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
– Azərbaijan və Rus dillərində sərbəst danışıq qabiliyyəti;
– İnnovativ, təşəbbüskar, liderlik bacarıqları olmalı;
– Qarşıya məqsəd qoymaq və ona çatmağı bacarmaq;
– Təchizat bazarından məlumatlı olmaq;
– Sənədləşmə işindən anlayışlı olmaq;
– Komandada işləmək bacarığı;
– Layihələri idarə etmək bacarığı.

Vəzifə öhdəlikləri:
– Satınalma, bazarın təhlili;
– Qısamüddətli layihələrin idarə olunması;
– Heyətin idarə olunması (çayçı, xadimə);
– Filialların sifarişini qəbul etmək və onların vaxtında təchiz edilməsi
– Podratçılarla iş.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

 

Yeniçağ.Az

www.yenicag.az

1330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv