Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“ExxonMobil”a 2 milyon dollarlıq cərimə - Antirusiya sanksiyalarına görə

ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə İdarəetmə Departamenti Rusiyaya qarşı sanksiyaların pozulmasına görə “ExxonMobile” şirkətini 2 milyon dollar məbləğində cərimələyib.

Yenicag.Az OilGas.az-a istinadən xəbər verir ki,bu barədə departamentin saytında məlumat yerləşdirilib. 2014-cü ilin may ayında ABŞ şirkəti “Rosneft”in rəhbəri İqor Seçinlə 8 müqavilə bağlayıb.

“ExxonMobil” şirkətisə öz növbəsində Rusiyada neft-qaz yataqlarının işlənməsi üzrə “Rosneft” şirkətilə müqavilə imzalayarkən “Ağ Ev”in və Maliyyə Nazirliyinin dəqiq göstəricilərinə riayət etdiyini açıqlayıb. Şirkətdən verilən məlumata əsasən, xarici aktivlərə nəzarət üzrə İdarəetmə departamenti “Ağ Ev”in və Maliyyə Nazirliyinin aydın və qəti göstərişlərinə zidd olan yeni qaydaların qüvvəyə minməsinə çalışır.

Qeyd edək ki, aprel ayında “ExxonMobil” neftçilər üçün istisna edilməsi və  “Rosneft”lə əməkdaşlığa icazə verilməsi xahişilə ABŞ hökumətinə müraciət edib. ABŞ Maliyyə Nazirliyi “ExxonMobil”a Rusiya ilə birgə işləməyə icazə verməyib.

Yenicag.Az

www.yenicag.az

519
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM