Eyfel qülləsi böyüklüyündə asteroid Yerə yaxınlaşır

Eyfel qülləsi böyüklüyündə və 4,7 milyard dollar dəyərində “4660 Nereus” asteroidi Yerə yaxınlaşır.

Yenicag.az-ın məlumatına görə, bu barədə NASA-nın saytında bildirilir.

Məlumata əsasən, “4660 Nereus” asteroidi ilk dəfə 1982-ci ildə aşkarlanıb. O zaman NASA onun trayektoriyasını hesablayıb və belə nəticəyə gəlib ki, bu obyekt Yer üçün təhlükə yarada bilər – onun trayektoriyası Yerin orbiti ilə kəsişir.

 

Daha sonra alimlər belə qənaətə gəliblər ki, “4660 Nereus” təhlükəli deyil – təxminən 23 min km/saat sürətlə Yerdən xeyli məsafədən keçəcək.

Astronomların məlumatlarına əsasən, bu asteroid qiymətli filizdən ibarətdir – onun tərkibində dəyəri 4,7 milyard dollardan çox olan nikel, kobalt və dəmir var.

COP29