Fransanın məşhur Eyfel qülləsi avqustun 1-dən ziyarətçilər üçün bağlanıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi personalın tətil etməsi göstərilir.
Qüllənin sabah açılıb-açılmayacağı barədə dəqiq məlumat verilmir.
Qüllənin rəsmi “Twitter” səhifəsində onun bağlanması barədə məlumat fransız və ingilis dillərində yerləşdirilib.