Bu gecə Eyfel qülləsinin işıqları söndürüləcək.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Tehranda baş verən və 17 nəfərin ölümünə səbəb olan terror hadisəsidir.
Bu barədə məlumatı Paris meri öz Twitter səhifəsində yazıb.
Xatırladaq ki, iyun ayının 7-si 4 terrorçu İran parlamentinə və Xameyninin türbəsinə hücum edib. Hadisə zamanı 17 nəfər ölüb.