Əyləc yerinə, qaza basdı – 3 avtomobil yararsız hala düşdü – VİDEO,FOTO

Yasamal rayonu, Moskva prospektində qəribə qəza baş verib.

Yenicag.az xəbər verir ki, qonşusunun avtomobilini park etmək istəyən şəxs əyləc yerinə qaza basıb.

Nəticədə, BMV markalı avtomobil 3 maşına çırpılıb.

Hadisə zamanı avtomobillər yararsız hala düşsə də xəsarət alan olmayıb.