“Eynək taxa bilməyən şagird optik linzadan istifadə edə bilər”.
Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə deyib.
Onun sözlərinə görə, optik linzadan istifadə yaxşı variantlardandır: “Ancaq valideynlər xüsusilə bu məqamda diqqətli olmalıdırlar. Çünki linzalar istifadə müddətinə görə fərqlənir. Vaxtından çox istifadə olunduqda və dəyişdirilmədikdə fəsadlar yarada bilər”.