Türkiyə Super Liqasında bu gün daha bir baş məşqçi istefası qeydə alınıb.
Yenicag.az xəbər verir ki, “Kayserispor” baş məşqçisi Marius Şumudiça ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rumıniyalı mütəxəssis Kayseri təmsilçisini ötən ilin yayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda Super Liqanın ilk dövrəsini 30 xalla ilk beşlikdə başa vurmuşdu. Bu üzdən klub rəhbərliyi Şumudiça ilə 2 illik yeni müqavilə imzalamışdı. Lakin mövsümün qalan hissəsində komandanın o qədər də uğurlu çıxış etməməsi baş məşqçinin istefa verməsi ilə nəticələnib.
Avrokuboklara vəsiqə qazanmaq hədəfinə çata bilməyən “Kayserispor” Super Liqanın son turu öncəsi 44 xalla 9-cu pillədədir.