!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eynulla Fətullayev istefa verdi

!Reklam – Yazi

????????????????????????????????????

Tanınmış jurnalist Eynulla Fətullayev Haqqin.az saytının baş redaktoru vəzifəsindən istefa verib.
Bu barədə onun özü redaksiya heyətinin dekabrn 22-də keçirilmiş iclasında açıqlama verib. E.Fətullayev bildirib ki, rəhbərlik etdiyi media orqanlarının reklam və menecment işlərinin təkmilləşdirilməsinə zərurət yarandığından o bundan sonra daha çox təşkilati işlərlə məşğul olacaq. Haqqın.az saytnın müəlliflərindən biri kimi də fəaliyyət göstərəcəyini deyən E.Fətullayev öz yerini 22 yaşlı gənc jurnalistə – Murad Səmədova təhvil verib. O, bundan əvvəl saytın informasiya şöbəsinə rəhbərlik edib. E.Fətullayev yeni baş redaktorun istedadlı jurnalist olduğunu və onun parlaq gələcəyinə inandığını deyib.

İclasda o da məlum olub ki, E.Fatullayev növbəti ilin ilk ayından etibarən ANS telekanalında yeni layihəyə start verəcək. “Hələlik detallar barədə danışmaq istəmirəm. Mənə elə gəlir ki, televiziyaya qayıtmağım maraqlı hadisə olacaq” deyə, E.Fətullayev bildirib.

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv