Eyvandan yıxılaraq vəfat etdi – Məşhur aktyorun faciəvi ölümünün TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Süreyya Gürsel Evren qonaq getdiyi evin eyvanından yıxılaraq dünyasını dəyişib. Aktyorun ölümünün səbəbi məlum olub.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor infarkt keçirdiyi üçün huşunu itirib və eyvandan yıxılaraq vəfat edib.

Qeyd edək ki, S.Gürsel sonuncu dəfə “Masumlar apartmanı” serialında rol alıb. Bundan başqa o, Şahin Tepesi, Kin, Suskunlar, Arka Sokaklar, Destan, Sen Çal Kapımı, Kırmızı Oda, Evlilik Hakkında Her şey, Yasak Elma seriallarında da rol alıb

COP29