“Əzab-əziyyət çəkdik” – “Arsenal”ın baş məşqçisi

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” doğma azarkeşləri önündə “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra İngiltərə təmsilçisinin baş məşqçisi Unai Emeri qələbəni şərh edib:

“Bu gün səfərdə güclü rəqibə qarşı oynayırdıq. Birinci hissədə kifayət qədər əzab-əziyyət çəkdik. Meydan sahibləri yaxşı oyun nümayiş etdirdi, bizə çətinlik yaratdılar.  “Qarabağ”ın fərqli oyunlarını təhlil etmişdik. Əsasən də “Şerif” və “Sportinq”lə görüşlərinə baxmışdıq. Bu komanda ötən mövsüm Çempionlar Liqasında “Atletiko” kimi komandaya uduzmayıb. Biz də öz növbəmizdə rəqibin üstün cəhətlərini göstərməsinə imkan verməməyə çalışdıq”.

COP29