Əzələlərini şişirmək arzusunda olan gənclərin çoxu idmanla yanaşı, müxtəlif dərman vasitələrindən istifadə edirlər. Bu dərmanlar insan orqanizmi üçün çox zərərlidir və bir müddət sonra fəsadları ortaya çıxır. Halbuki müxtəlif qidalar var ki, onların vasitəsi ilə əzələləri şişirmək mümkündür.
Yenicag.az əzələləri şişirməyə kömək edəcək 14 qidanı təqdim edir.
1. Qəhvəyi düyü
Təbii karbohidratdır. Enerji verir, həm də məşq zamanı işinizi asanlaşdırır.
2. Brokoli
İspanaq, salat, qarğıdalı, pomidor və bibərlə birlikdə salatınıza brokoli də əlavə edin. Bu bitki mineral və lif qaynağıdır.
3. Banan
Bananın tərkibindəki vitamin və maddələr idmançılar üçün də olduqca faydalıdır. Əzələlərin şişirilməsində bananın tərkibində mövcud olan maddələrin xüsusi rolu var.
4. Süzmə pendir
Süzmə pendir proteinlə zəngindir. Uzun müddət toxluq hissi verir.
5. Mərcimək və noxud
Protein üçün ət yemək məcburiyyətində deyilsiniz. Mərcimək və noxud bu baxımdan çox faydalıdır.
6. Balıq yağı
Balıq yağı vücudunuz üçün önəmli bir yardımçıdır. Maddələr mübadiləsini sürətləndirir.
7. Ananas
Təlimdən sonra səhər yeməyi və yemək arasında yeyə bilərsiniz. Ananas həm də əzələ iltihabını azaldır.
8. İspanaq
Araşdırmalar nəticəsində məlum olub ki, ispanağın tərkibindəki maddələr əzələlərin böyüməsini 20 faiz artırır.
9. Şokoladlı süd
Əzələlərin şişirilməsində çox böyük rola malikdir.
10. Toyuq əti
Hər toyuqda 30-100 qram arası protein var. Qızardaraq və ya sobada bişirərək yeyə bilərsiniz.
11. Kartof
Kartofun tərkibində olan A və C vitaminləri və digər maddələr əzələlərini şişirmək istəyənlərin işinə yaraya bilər.
12. Badam
Protein və yağla zəngindir. Tərkibində E vitamini var. Güclü bir antioksidantdır.
13. Yulaf
Yulaf protein, mineral və vitamin deposu hesab edilir.
14. Yumurta
Hər yumurtada 6-8 qram arası protein var. Eyni zamanda tərkibində vitamin, dəmir, kalsium var. A, E, D vitaminləri və xolestrol səviyyəsini yüksəldərək, məşq öncəsi zəruri enerjini təmin edir.