!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əzəli rəqibi “Mançester Siti”ni çempion etdi

!Reklam – Yazi

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, hesabat turunda lider “Mançester Siti” Londonda “Tottenhem”in qonağı olub. “Şəhərlilər” bu oyunda 3 xalı 3 qolla qazanıblar. Sözügedən komanda sona 5 tur qalmış çempionluğunu da rəsmiləşdirib. Bunun üçün isə Xosep Qvardiolanın yetirmələrinin ən yaxın izləyicisi “Mançester Yunayted” bu gün evdə “Vest Bromviç”ə uduzması lazım idi. Belə də olub. MY minimal hesabla uduzmaqla əzəli rəqibinin vaxtından öncə çempion olmasına şərait yaradıb.

Sona beş tur qalmış MS 87 xalla birinci, MY isə 71 xalla ikinci pillədə qərarlaşıb.

Bu, “Mançester Siti”nin beşinci İngiltərə çempionluğudur. “Şəhərlilər” daha öncə 1936-37, 1967-68, 2011-12 və 2013-14 mövsümlərində ölkə çempionu olmuşdu.

www.yenicag.az

1298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv