Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Bakı şəhər prokuroru Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi irəli sürülüb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihə prezidentin təqdimatı ilə Milli Məclisə daxil olub.

Məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, Bakı şəhər prokuroru Ə. Seyidovun səlahiyyət müddəti bu il başa çatıb.

Yeniçağ.az