“Əzrailin atası” ləqəbli komandir 3 İŞİD-çini diri-diri yandırdı – VİDEO

İraqda İŞİD-ə qarşı döyüşən Həşdi Şəbi milislərinin komandiri, “Əzrailin atası” ləqəbli Eyyub Falih Hasan 3 İŞİD-çini diri diri yandırıb.

Yenicag.az xəbər verir ki, o, saxlanılan zaman “Bunlar ərəb sünniləri deyildi. İndiyə qədər sünni ərəb yandırmadım, yandırmaram da. İŞİD-çilərin məzarını da qazıb, cəsədlərini yandırıram. Onlar İraq torpağını işğal ediblər. Cəhənnəmə getmədən öncə mən yandırıram” deyib.

“Əbu Əzrail” ləqəbli komandir “Mən ərəb sünnilərinə qarşı deyiləm, lakin iraqlı sünni gedib İŞİD-ə qoşular və iraqlılara qarşı döyüşərsə, o zaman müdaxilə edərəm” deyə əlavə edib.

 

Yenicag.az