Xerson vilayətinin Kaxovka rayonu ərazisində F-16 qırıcıları aşkarlanıb, sakinlərdən sakit olmaları xahiş olunur.
Yenicag.az xəbər verir ki, müvafiq videomüraciəti rayonun rəhbəri Pavel Filipçuk Teleqram kanalında yayıb.
“Hörmətli kaxovkalılar, həmvətənlər. Dünəndən rayonumuzun üzərində F-16-lar uçur. Bu, yalnız panika yaratmaq və qələbəyə inamımızı boğmaq üçün edilir. Bu panikaya uymamaq və möhkəmliyi qorumaq vacibdir. Onların xidmət müddəti ağcaqanad ömrü qədərdir. Onların hamısı vurulub məhv ediləcək”, – o bildirib.