30 apreldə “Formula 1”in bağlanış mərasiminə konsert proqramı salınmayıb.
Yenicag.az xəbər verir ki, final konserti bu gün baş tutacaq.
Səhnəyə Avroviziya təmsilçimiz Səmra Rəhimli çıxacaq. Bəs, konsertin 30 aprelə deyil, 29 aprelə salınmasının səbəbi nədir?
OLAY-ın əldə etdiyi məlumata görə, təşkilatçılar 30 aprel – ADNA terrorunun qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq bağlanış konsertini 29 aprelə planlaşdırıblar. Onlar 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı qətl hadisəsinin anım günündə konsert keçirilməyinə razı olmayıblar.
Qeyd edək ki, ötən gün açılış mərasimində isə səhnəyə müğənni Hiss çıxıb.