Azərbaycanlı rejissor Vüqar Təbib Adəm peyğəmbərə qadağan olunmuş ağac barədə film çəkib.
F5 adlı qısametrajlı elmi-fəlsəfi sənədli film dünya festivallarına çıxış üçün hazırlanır. Hazırda film müxtəlif dillərə dublyaj olunur.
Rejissor filmdə din xadimlərini bir araya toplayaraq, hər dinə öz müqəddəs kitabından eyni cavabları göstərərək suallar verib və mübahisələrə son qoymağa çalışıb.
Filmdən çıxan məntiqə görə, insanlar üçün qadağan olunmuş ağac əslində insanın öz yaddaşında gizlənib, insan keçmişdə və çağında baş vermiş günahları səsləndirməklə qadağan olunmuş ağacın meyvəsini dadır, bunu hətta tabu, qadağan şəklində etsə belə.
“Youtube”da filmin demo versiyası yerlədirilib.
(topnews.az)