Fabreqas 43 yaşlı xanımla evləndi – FOTO

“Çelsi”nin ulduz futbolçusu Sesk Fabreqas evlənib.

Yenicag.az xəbər verir ki, ulduz oyunçu Danielle Semaanla ailə həyatı qurub. Maraqlıdır ki, 31 yaşlı yarımmüdafiəçinin xanımı özündən 12 yaş böyükdür.

Qeyd edək ki, cütlüyün 3 övladı var. Bundan başqa Semaanın liviyalı milyarder Eli Taktukla ilk evliliyindən uşaqları var.