İspaniyalı futbolçu Sesk Fabreqas İngiltərənin “Çelsi” klubundan Fransa çempionatının komandası “Monako”ya keçib.
Yenicag.az xəbər verir ki, bu barədə “Monako”nun mətbuat xidməti xəbər yayıb.
İspaniyalı yarımmüdafiəçi ilə bağlanan müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. Müqavilənin təfərrüatları açıqlanmır.
Qeyd edək ki, Fabreqas “Çelsi”də 2014-cü ildən çıxış edir. Komandanın heyətində o 198 oyun keçirib, 22 qol vurub və 57 məhsuldar ötürmə edib.
İspaniya millisində futbolçu 110 oyun keçirib və 15 qola imza atıb./Trend/