Türkiyədə dəhşətli yanğın – Yaralılar var – VİDEO

İstanbulun Beykoz rayonunda yerləşən qədim ayaqqabı fabrikində yanğın başlayıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürən maşınlar və xilasedicilər cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Yanğının baş vermə səbəbləri hələ ki məlum deyil.

Qeyd edək ki, bu qədim fabrikdə film və seriallar çəkilirdi.

 

COP29