İranın Firuzabad şəhərində yerlışən natrium bikarbonat fabrikində güclü partlayış baş verib.
Yenicag.az xəbər verir ki, güclü partlayış nəticəsində onlarla insan yaralanıb.
Fars vilayətinin Qırmızı Aypara Cəmiyyətinin icraçı direktoru Hüseyn Dərvişi bildirib ki, partlayış nəticəsində 72 nəfər xəsarət alıb. Hadisə nəticəsində zəhərli qazın yayılması səbəbindən yaxınlıqdakı yollar bağlanıb.