Fabrikdə güclü yanğın baş verdi – VİDEO

Türkiyənin Kastamonu şəhərinin Tosya Mütəşəkkil Sənaye Bölgəsində taxta qapı fabrikində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, qısa müddətdə böyüyən yanğın bütün fabriki bürüyüb. Yanğın fabrikin həyətində olan taxta materiallara da keçib. Əraziyə çox sayda yanğınsöndürən göndərilib.

Hadisənin səbəbi məlum deyil.