Facebook cərimələnir – 1,6 milyard

Xəbər verdiyimiz kimi, Facebookun 50 milyondan çox istifadəçisinin şəxsi məlumatları sızdırılmışdı.

Yenicag.az xəbər verir ki, “The Wall Street Journal”ın yaydığı məlumata əsasən İrlandiyanın Məlumatların Qorunması Komissiyası araşdırmalara başlayıb.

Bununla əlaqədar facebookdan əlavə məlumat da tələb edilib.

Qeyd edilib ki, facebook sosial şəbəkəsi 1,6 milyard dollarlıq cərimə edilə bilər.

Məlumatların müdafiəsi haqqında yeni Avropa qanununun real tətbiqinin birinci genişmiqyaslı presedenti olacaq.