Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Facebook" da etiraf etdi - İstifadəçilərini dinləyib

Dəfələrlə istifadəçi məlumatlarının sızdırılması qalmaqallarından sonra Facebook şirkəti yenidən kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

Yenicag.az xəbər verir ki, istifadəçlərin özəl səs yazlarının analiz məlumatlarının ortaya çıxmasından sonra Facebook həqiqətən də istifadəçilərin səs yazılarını dinləyib və onları analiz etdiyini etiraf edib.

Bu iş ilə isə yüzlərlə şirkət əməkdaşı məşğul olub.

Həmin şirkət əməkdaşlarına sözügedən səs yazılarının hardan və necə əldə edildiyi barəsində məlumat verilməyib.

Qeyd edək ki, şirkət bu prosesi artıq 1 həftə bundan öncə dayandırıb.

Şirkətin verdiyi məlumata əsasən yalnız Facebook Messenger istifadəçilərinin kontentləri dinlənilib. Şirkətin məlumatında qeyd edilib ki, bu məlumatların kimlərə məxsus olduqları gizli saxlanılıb.

Hələ bir neçə müddət bundan öncə Facebook şirkətinin CEO-su Mark Zuckerberg bildirmişdi ki, istifadəçilərin dinlənməsi məlumatı sadəcə bir şayiədir və şirkət bununla məşğul olmur.

Daha sonra isə Facebok şirkəti istifadəçilərin özəl həyatlarına qarışmaq mövzusu ətrafında istintaq aparmış ABŞ-ın federal ticarət komissiyası ilə razılıq əldə etdi və nəticədə 5 milyard dollar cərimə ödəməli oldu. Kütləvi informasiya vasitələrinin verdikləri məlumatlara əsasən istifadəçilərin səs yazılarının analiz olunması ilə Kaliforniyanın TaskUs Inc. şirkəti məşğul olub. Bu şirkət isə bütün dünya üzrə çoxlu sayda filiallara sahibdir. Onun üçün Facebook şirkəti böyük və vacib müştərilərdən biridir.

Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə öz istifadəçilərinin dinlənilməsini Google, Microsoft, Apple və Twitter kimi şirkətlər etiraf etmişdilər.

www.yenicag.az

5978