“Facebook”-da qadınlara iş vəd edib, daha sonra onları zorladı

facebok-ta-is-vaadiyle-kandirip-tecavuze-etti-6041301Türkiyənin İzmir şəhərində  32 yaşlı Səlcuq G. adlı  kişi “Facebook”-da tanış olduğu qadınlara iş vəd edərək onları aldadıb.

Yenicag.az xəbər verir ki, ayrı-ayrılıqda qadınları evlərinə gətirən Səlcuq daha sonra onları zorlayıb. Qadınlardan biri iş elanı üzrə Səlcuqa müraciət edib. Səlcuq isə qadının etibarından sui-istifadə edərək onu evə gətirib. Daha sonra cinsi tələbatını ödəmək üçün onu zorlayaraq, külli miqdarda pulunu oğurlayıb. Sözügedən şəxs digər qadını da bu şəkildə aldadıb.

Hadisə barədə xəbər tutan polis həmin şəxsi yaxalayıb. Araşdırma zamanı məlum olub ki, Səlcuqun 55 müxtəlif cinayətlərdə adı hallanır.