“Facebook”-dan möhtəşəm yenilik

images.jpg.pagespeed.ce.gks0AntpM9“Facebook” rəqəmsal M yardımçısını test edir

“Facebook” şirkəti “M”(Moneypenny) adlı fərdi rəqəmsal yardımçını test etməyə başlayıb.

Siri (Apple Inc.) və Google (Google Inc.) rəqəmsal yardımçılarına alternativ kimi yaradılan proqram “Messenger” mobil tətbiqetməsində işləyəcək. Hazırda “M”in işi San-Fransiskoda yüzlərlə insan arasında yoxlanılır.

“Facebook” vitse-prezidenti Devid Markus bildirib ki, “M”in yaradılması yolunda önəmli addımlar atılır.

Səsli yardımçının funksiyası “Facebook Messenger”ə quraşdırılacaq və onun vasitəsilə internetdə məhsul və xidmətlər sifariş etmək mümkün olacaq. Bundan əlavə, “M” “Facebook Messenger”lə digər istifadəçilərə yardım üçün müraciət etmək mümkün olacaq.

Moneypenny Ceyms Bonda haqqında casus romanlarının qəhrəmanı miss Manipenninin şərəfinə adlandırılıb(ölkə.az).