Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Facebook” fəaliyyətində yaranan problemlə bağlı açıqlama verdi

İzahat başqa bir sosial şəbəkə vasitəsilə edilib. 

Yenicag.az xəbər verir ki, “Facebook” şirkəti bu sosial şəbəkədə yaranmış problemlərlə bağlı rəsmi izahat verib. İzahat “Twitter” şəbəkəsindəki rəsmi profildə yayılıb.

“Bizim xəbərimiz var ki, bəzi istifadəçilər şəkillərin, videoların və başqa faylların proqramlarımız vasitəsilə yüklənməsində və göndərilməsində problemlə üzləşiblər. Narahatlığa görə üzr istəyirik və çalışırıq ki, vəziyyəti mümkün olduğu qədər tez bir müddətdə normallaşdıraq” – dərc olunmuş statusda qeyd olunur.

Xatılrladaq ki, “Whatsapp”, “Facebook” və “İnstagram” sosial şəbəkələrinin fəaliyyətində bir neçə saatdır ki, problem yaranıb. Misal üçün, “Facebook”da şəkillər görünmür./Azxeber.com/

www.yenicag.az

14857
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM