!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook” “iOS” istifadəçilərini izləyir - “iPhone” kamerasının köməyilə

!Reklam – Yazi

“Facebook” “iPhone” kamerasının köməyilə “iOS” istifadəçilərini izləyir.

Yenicag.az “ICTnews” a istinadən xəbər verir ki, “Facebook”un “iOS” üçün mobil tətbiqi “iPhone” kamerasının köməyi ilə istifadəçiləri izləyir. Bu haqda “The Next Web” nəşri məlumat verib.

“Facebook” istifadəçidən xəbərsiz qurğunun kamerasını aktivləşdirir. “Twitter”in istifadəçisi Coşua Meddoks bu problemi aşkar edib. Meddoks deyib ki, bu problem “iOS 13.2.2” sisteminin idarəetməsi altında işləyən 5 müxtəlif “iPhone” smartfonunda təkrarlanıb. O, həmçinin bildirib ki, “iOS 12” platformasında çəkiliş qeydə alınmayıb, amma ehtimal ki, kamera arxa fonda istifadə olunur.

“The Next Web” nəşri sözügedən problemin mövcudluğunu təsdiq edib. “Facebook” tərəfindən izlənmənin qarşısını almağın yeganə üsulu “iOS” sisteminin sazlamalarında kameraya girişi məhdudlaşdırmaqdır.

“Facebook” və “Apple” nümayəndələri hələ ki heç bir şərh verməyiblər.

www.yenicag.az

3268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv