“Facebook” sosial şəbəkəsində ciddi texniki nasazlıq yaranıb.
Yenicag.az bildirir ki, 14 milyon istifadəçinin yalnız dostlar və məhdud dairə üçün nəzərdə tutulmuş statusları, məlumatları hər kəsə görünüb.
Problem yalnız üzərində 5 gün işlədikdən sonra aradan qaldırılıb. Bu haqda məlumat yayan sosial şəbəkənin mətbuat xidməti istifadəçilərdən üzr istəyərək, nasazlığın tam aradan qaldırıldığını bildirib.
Zaur H.