Reklam

Reklam

Facebook sosial şəbəkəsinin mobil versiyasında yeni funksiya test edilməyə başlayıb.

Yeni funksiya, City Guides adlanır və şəhər bələdçisi özəlliyini daşıyır. Bu funksiyadan istifadə edərək yerləşdiyiniz şəhərdə görməli yerlər, tədbirlər, restoranlar və digər məlumatlar barədə xəbərdar olacaqsınız. Bundan əlavə olaraq City Guides sizin dostlarınızın hansı seçilmiş şəhərlərdə və həmin şəhərlərdə hansı restoran, mehmanxana və bu kimi yerlərdə olduqlarını da göstərəcək. Sosial şəbəkə bu məlumatları, istifadəçilərin özlərini müəyyən yerlərdə qeyd etmələri üzərindən əldə edir.

Facebook-un bu yeni funksiyası bir növ FourSquare və TripAdviser servislərinə bənzəyir. Şirkət bildirib ki, yeni funksiya artıq təqdim olunub və o test mərhələsindədir. Sosial şəbəkə, istifadəçiyə sözügedən məlumatları elə təqdim etməyə çalışacaq ki, həmin məlumatlar istifadəçi üçün maksimal dərəcədə faydalı olsun.

Qeyd etmək lazımdır ki, City Guides funksiyası hələki bir sıra istifadəçilər üçün aktivdir. Onun nə zaman bütün istifadəçilərə təqdim olunacağı və veb versiyasının olacağı haqqında məlumat yoxdur.(Technote.az)

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 80
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."