“Facebook” və “İnstagram” çökdü

“Facebook” və “Instagram” sosial şəbəkələrinin işində problem yaranıb.

Yenicag.az xəbər verir ki, sosial şəbəkədə səhifəni yeniləyərkən “Bölməni yeniləmək mümkün olmadı” mesajı gəlir.

Hazırda milyonlarla istifadəçi Feysbuk və İnstaqrama daxil olmaqda çətinlik çəkir.

Hələlik şirkət tərəfindən bu barədə rəsmi açıqlama verilməyib.