“Facebook” və “İnstagram”ın işində problem yarandı

“Facebook” və “İnstagram” sosial şəbəkələrinin bütün dünya üzrə istifadəçiləri onların işindən problemlərlə üzləşiblər.

Yenicag.az-ın məlumatına görə, bu barədə “Downdetector” xidmətinin səhifəsində bildirilib.

Məlumata əsasən, “Facebook Messenger” tətbiqinin işində də nasazlıqlar müşahidə olunub. Daha çox ABŞ, İngiltərə, Polşa, Portuqaliya, Braziliya istifadəçiləri şikayət ediblər.