“Facebook” və “Instagram”ın işində problem yarandı

“Facebook” şirkətinə məxsus eyniadlı və “Instagram” sosial şəbəkələrinin işində bir sıra ölkədə qüsurlar müşahidə edilir.

Yenicag.az xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.

İstifadəçilər əsasən hesablarına giriş, şəkilləri yükləmə və lentə baxışda problemlərlə üzləşir. “Instagram” sosial şəbəkəsindən şikayətlər isə əsasən saytın işi və xəbər lentinin yüklənməsi ilə bağlıdır.