Reklam

Reklam

face“Facebook” sosial şəbəkədə yayılan informasiyaların doğruluğunu araşdırmağa başlayır.

Yenicag.az “İKT.lent.az”-a istinadən xəbər verir ki, bunu sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberq açıqlayıb. O bildirib ki, məlumatların yoxlanılmasını müstəqil qurumlar həyata keçirəcək.

M. Zukerberq yayılan yalan xəbərlərin faizinin yüksək olmadığını söyləyib. Lakin o bildirib ki, “Facebook” xəbər distribyutoru yox, kommunikativ meydançadır və bu meydançada yayılan məlumatlara görə məsuliyyət daşıyır.

M. Zukerberq saxta informasiyaların qarşısının alınmasında jurnalistlərlə də əməkdaşlıq edəcəklərini və bu tip yalanları yayaraq reklam gəliri əldə etmək istəyən peşəkar saxtakarlara sanksiyalar tətbiq olunacağını açıqlayıb.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."