!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Facebook" yaranan problemin SƏBƏBİNİ AÇIQLADI

!Reklam – Yazi

“Facebook” sosial şəbəkəsinin işində baş verən kütləvi xətanın səbəbi açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Facebook”un rəsmi saytında məlumat paylaşılıb.

Bildirilir ki, xətaya səbəb magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri olub.

Şəbəkə trafikində baş verən sözügedən xəta məlumatların emalı mərkəzlərinə təsir göstərib ki, bu da xidmətlərin işləməməsinə gətirib çıxarıb.

Bununla yanaşı, qeyd edilib ki, “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqetmələrində yaranan problem istifadəçilərin məlumatlarının oğurlanmasına səbəb olmayıb.

“Downdetector”un məlumatına görə isə, bu, “Facebook” tarixində ilk böyük xəta olub.

Qeyd edək ki, dünən sözügedən sosial şəbəkələrin işində 7 saat davam edən problem yaşanıb. Bu zaman “Privacy Affairs” nəşrinin yaydığı məlumata əsasən, 1,5 milyard “Facebook” istifadəçisinin məlumatları “qara bazar”da satışa çıxarılıb.

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv