ABŞ-ın Nyu-York şəhərinin baş prokuroru Letitia James “Facebook” sosial şəbəkəsinin bazardakı üstünlüyü və bundan irəli gələrək rəqabət mühitini boğması ilə bağlı araşdırma aparacaq.
Yenicag.az-ın məlumatına görə, L. James açıqlamasında “Facebook”un dünyanın ən böyük sosial şəbəkəsi olmasına baxmayaraq qanunlara riayət etməli olduğunu deyib.
“Facebook”un rəqabətin qarşısını aldığını və istifadəçiləri təhlükə altında qoyub-qoymadığını araşdırmaq üçün yaradılan partiyalı baş prokurorluq koalisiyasının lideri olduğum üçün fəxr edirəm”, – deyə o, qeyd edib.
Nyu-York prokurorluğunun təşəbbüsünü ABŞ bir sıra ştatlarının (o cümlədən Kolorado, Florida, Ohayo və s.) prokurorluqları dəstəkləyib.
“Facebook” korporasiyasının vitse-prezidenti Vil Kastlberri isə bazarda rəqabətə davam gətirmək üçün atdıqları addımları müdafiə edib, ittihamçı tərəflə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Xatırladaq ki, ABŞ-ın Federal Ticarət Komissiyası ötən ilin iyul ayında “Facebook”un 5 milyard dollar cərimələmişdi. Həmin vaxt sosial şəbəkə şəxsi məlumatlardan qeyri-qanuni istifadəyə görə ittiham edilmişdi./Report/