Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Facebook” Zukerberqin təhlükəsizliyinə 20 milyon xərcələdi

“Facebook” şirkəti 2018-ci ildə Mark Zukerberqin və onun yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə təxminən 20 milyon dollar xərcləyib.

Yenicag.az-ın məlumata görə, M.Zukerberq “Facebook”da işinə görə ildə 1 dollar maaş alır, lakin şirkət onun öz səlahiyyətlərini yerinə yetirərkən çəkdiyi xərcləri ödəyir.

Bu xərcin məbləği 2018-ci ildə 22,6 milyon dollar təşkil edib. 22,6 milyon dolların təxminənm 20 milyonu M.Zukerberqin və onun yaxınlarının təhlükəsizliyinin təmin edilməsinə, 2,6 milyonu isə şəxsi avianəqliyyatdan istifadə ilə bağlı xərclərin ödənilməsinə istifadə edilib.

Qeyd edilir ki, son illərdə “Facebook”un rəhbərinin təhlükəsizliyinin təmin edilməsi üçün ayrılan vəsait artıb. Beləki, 2016-cı ildə M.Zukerberqin təhlükəsizliyinin təmin edilməsi üçün 5,1 milyon dollar, 2017-ci ildə – 7,6 milyon dollar ayrılıb. M.Zukerberqin avianəqliyyatdan istifadəsinin xərclərinin ödənilməsi üçün 2016-cı ildə 871 min dollar, 2017-ci ildə isə 1,5 milyon dollar ayrılıb.

www.yenicag.az

4445