“Facebook”a AĞIR CƏZA: Rekord məbləğdə CƏRİMƏLƏNDİ – SƏBƏB

Avropa İttifaqı “Facebook”un aparıcı şirkəti olan “Meta”nı 1,3 milyard dollar məbləğində (1,2 milyard avro) cərimələyib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, cərimə “Facebook”un aparıcı şirkəti olan “Meta”nın şəxsi məlumatların təhlükəsizliyində yol verdiyi qüsurlara görə tətbiq edilib.

Məlumatda, həmçinin Avropa İttifaqının “Facebook”a ABŞ-yə məlumat ötürülməsini dayandırması tələbi də qeyd olunub.

Sadiq Cavadov