“Facebook”a 1,2 milyonluq cəza

İspaniyada Şəxsi Məlumatların Mühafizəsi İdarəsi, özəl məlumatlardan reklam məqsədiylə istifadə etdiyinə görə, Facebook sosial şəbəkəsinə  1.2 milyon avro pul cəzası kəsdiyini açıqlayıb.

“Facebook”-u, istifadəçilərinin xüsusi məlumatlarını qanunazidd bir şəkildə istifadə etməkdə günahlandıran qurum rəsmilərinin sözlərinə görə, onlar həmin məlumatları silməyi tələb etsələr də, rədd cavabı alıblar.

İdarə heyəti, “Facebook”-un  bu məlumatları harada istifadə edəcəyini açıq bir şəkildə bildirməyərək, istifadəçilərdən cinsiyyət, ideoloji, dini inanc, fərdi zövqlər və ya internetdə olan məlumatlarını topladığını bildirib.

İspaniyada fərdi məlumatların qorunması haqqında qanunvericiliyin pozulmasının ciddi bir cinayət olduğunu vurğulayan idarə heyəti, “Facebook”-un, xüsusilə istifadəçinin tələbi olmadan onun şəxsi  məlumatlarından reklam məqsədləri üçün istifadə edildiyini vurğuladı. İdarə heyəti həmçinin, “Facebook”-un məxfilik siyasətində ifadələrin çox ümumi olduğunu və konkret sözlərdən istifadə edilmədiyini bildirib.

COP29