!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Facebook"da kütləvi istefalar - SƏBƏB

!Reklam – Yazi

Mark Zukerberq Facebook şirkətində idarəedici vəzifədə olan top menecerləri “müharibə şəraiti”də qərarların verilməsi baxımından daha əzmli olmağa çağırıb.

Yenicag.az xəbər verir ki, bu cür bəyanatı Zukerberq bu ilin iyun ayında keçirilmiş görüşdə verib.

Həmin görüşdə şirkətin 50 top meneceri iştirak etmişdi. Məlumata əsasən həmin görüşdə Zukerberq bildirmişdi ki, adi vaxtda menecerlər direktorlar şurasının məsləhətlərinə qulaq asaraq məsuliyyətli qərarların qəbul olunmasında tələsməyə bilərlər. Lakin indiki vaxtda Facebook investorlar, dövlət orqanları və narazı istifadəçilər tərəfindən güclü təzyiq altındadır.

Zukerberq menecerləri sosial şəbəkə istifadəçilərinin saylarının artması üzrə ləngimə və platformanın təhlükəsizlik mövzusunda problemləri operativ şəkildə həll etməyə çağırıb.

Bununla yanaşı o, 2018-ci ildə Facebook şirkətinə qarşı olmuş böyük sayda neqativ fikirlərə necə reaksiya bildirməsi üzrə məyusluğunu da qeyd edib.

Zukerberqin yeni strategiyası bir sıra top menecerlərin istefasına və onun, şirkətin əməliyyatlar üzrə direktoru Sheryl Sandberg ilə fikir ayrılığına gətirib çıxardıb. Zukerberqin yeni strategiyası nəticəsində öz vəzifələrindən kimlərin istefa etdikləri hələki bilinmir.

www.yenicag.az

3270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv