Reklam

Reklam

radio“Facebook” sosial şəbəkəsi yeni “Live Audio” xidmətini sınaqdan keçirməyə başlayıb.

Yenicag.az “İKT.lent.az”-ın xəbərinə görə, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

Bu xidmətin sayəsində onlayn rejimdə audio yayımlar həyata keçirmək mümkün olacaq. Funksiya ilk əvvəl radio stansiyalara və audio kontentlə işləməyə üstünlük verən şirkətlərə istiqamətlənib. Sosial şəbəkənin ilk tərəfdaşları BBC və LBC olublar.

İstifadəçilər “Android” və iOS əməliyyat sistemlərində “Facebook” əlavəsində radio dinləyə biləcəklər. Bununla belə, “iPhone” və “iPad” sahibləri striminq yalnız sosial şəbəkənin açıq xidmətində əlçatan olacaq. Öz növbəsində “Android” cihazların istifadəçiləri yayımları cihazın ekranı blokda olan zaman da dinləyə biləcəklər.

“Facebook” sosial şəbəkənin bütün iştirakçıları üçün artıq 2017-ci ilin əvvəlindən audio yayımlara başlamağı planlaşdırır.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."