Facebookda yenilik

14014Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook xəbər lentinin alqoritmini yeniləyib. Bu yenilik istifadəçiləri hazırda lentdə peyda olan spam statusların böyük qismindən xilas edəcək.

Xəbər lentinin alqoritmində iki ciddi dəyişiklik var. İlkin dəyişiklik sosial şəbəkədə “like”lar hesabına populyarlaşmaq üçün yazılmış “maraqlı” başlıqlı statusların arxa plana atılmasını nəzərdə tutur. Bundan başqa, istifadəçilər və brendlər “dost”larla paylaşmaları maksimal rahat dərəcədə edə biləcəklər.

“Belə “şok” başlıqlı statusların həddən artıq olması istifadəçiləri yorur, onların dostlar və yaxınlarının statuslarını oxumalarına mane olur”, – Facebook-un rəsmi açıqlamasında deyilir.

Material barədə yetərincə məlumatın verilmədiyi, amma “like” yığmaq üçün maraqlı başlıqlı olan statuslara çox adam baxır və bu səbəbdən onlar xəbər lentində yuxarıda olur.

Risk odur ki, belə başlıqlı statusların qarşısı alınmasaydı, zaman keçdikcə onlar doğrudan da maraqlı statusları üstələyə bilərdilər.
Facebook həm də istifadəçinin bu və digər statusdakı keçiddən yararlanan adamın sosial şəbəkədən “kənar”dakı saytda həmin xəbərin oxunmasına nə qədər vaxt sərf etdiyini də hesablayacaq.

Əgər istifadəçi sayta keçiddən az sonra geri qayıdırsa, Facebook belə statusu maraqsız sayacaq.

Bundan başqa, statusun nə qədər “like” alması ilə yanaşı, onun Facebook-da nə qədər müzakirə və şərh olunması da nəzərə alınacaq. Əgər status sadəcə “klik”lənirsə, amma “like” və şərhlər azdırsa, Facebook belə statusu da maraqsız hesab edəcək.
İkinci yenilik statusa keçidlərin əlavə olunması sisteminin yenilənməsidir.

İstifadəçilər belə keçidləri paylaşanda onlar xəbər lentində böyük foto, başlıq və nədən bəhs olunduğunu anlamağa imkan verən kiçik mətnlə peyda olur. Fəqət istifadəçilər bəzən informasiyanı statusun yenilənməsinə və ya fotoşəkillərə, mətnə əlavə edirlər.

Facebook bildirir ki, istifadəçilər fotoşəklin mətni yox, “əlavə olunmuş keçid” formatında olan keçidlərlə saytlara yollanmağa üstünlük verirlər.
Əlavə edilmiş keçid formatı yeni informasiyanı dərc etməyə imkan verir. (milli.az)