1.5 milyarda yaxın fəal istifadəçisi olan “Facebook” daha bir yenilik etməyə hazırlaşır.
Ən böyük sosial şəbəkə ölən istifadəçilərin hesablarının üzərində işləyir.
İndi “Facebook” istifadəçilərinə öləndən sonra hesablarını kimə miras qoyacağını soruşacaq.
”Legacy Contact” yəni ”Miras müqaviləsi” olacaq yenilik menyudakı hesabların təhlükəsizlik hissəsində yerini alacaq. Burdan seçim etməklə öləcəyiniz təqdirdə profilinizə kimin nəzarət edəcəyini seçə biləcəksiniz. Seçilən şəxs profilin əsl sahibinin öldüyünü “Facebook” müəyyən edərsə rəsmləri dəyişə, ya da hesabı tamamilə bağlaya bilir.
“Facebook” müdirlərindən biri olan Vanessa Kallison açıqlamasında bu sayədə ölən şəxsin yaxınları və ailə üzvlərinin onun hesabını asanlıqla nəzarət edəcəyini, mərhumu anmağa davam edə biləcəklərini deyib. “Hər nə qədər gözəl bir yenilik olsa da, ümid edirəm heç kim tezliklə istifadə etməli olmaz”.
Hələlik yenilik ancaq Amerikada yaşayan istifadəçilər üçün aktivləşdirilib. Yaxın zamanda bütün dünyada tədbiq ediləcəyi gözlənilir.