Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Facebook”dan Netanyahuya paylaşım QADAĞASI – Ərəbləri təhqir etdiyi üçün

Dünyanın ən geniş sosial şəbəkəsi olan “Facebook”da İsrailin baş naziri Binyamin Netanyahuya paylaşım qadağası qoyulub.

Yenicag.az timeturk.com-a istinadən xəbər verir ki, Netanyahu ölkəsindəki ərəb azlığına qarşı təxribat xarakterli mesaj paylaşdıqdan sonra adıçəkilən sosial şəbəkə baş nazirin mesaj göndərmə funksiyasını bağlayıb.

İsrail vətəndaşı olan fələstinliləri təmsil edən Ortaq Ərəb Siyahıları Blokunun rəhbəri Eymen Avde bu barədə yazılı açıqlama verib.

Avde bildirib ki, Netanyahunun hesabından göndərilən mesajda ölkədəki ərəb əsilli vətəndaşlara, xüsusilə də onun özünə qarşı təxribat xarakterli ifadələr yer alıb. Ona görə də, “Facebook” Netanyahunun mesaj göndərmə fünksiyasını müvəqqəti bağlayıb.

Qeyd edək ki, ötən gün Netanyahu “Facebook” hesabından paylaşdığı mesajında Mavi-Ağ İttifaqın Ortaq Ərəb Siyahıları Bloku ilə əməkdaşlığına işarə edərək, “halbuki ərəblər uşaq, qadın və kişi, fərq etməz – hamınızı yox etmək istəyirlər!” yazaraq, İsrail vətəndaşı olan ərəblərə qarşı aşağılayıcı ifadələr işlədib.

Firuzə Alimova

www.yenicag.az

1222
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM