“Facebook”dan son sızan məlumatlarla bağlı mühüm AÇIQLAMA

“Facebook” sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin məlumat sızmasının səbəbinin sistemlərinə haker hücumunun olmadığını açıqlayıb.

Yenicag.az-ın məlumatına görə, cinayətkarlar istifadəçilərin məlumatlarını veb mənbələrindən çıxarmaqla əldə ediblər:

“Cinayətkarların məlumatları sistemlərimizə hücum etməklə deyil, platformamızdan məlumat çıxarmaqla əldə etdiklərini anlamaq vacibdir”.

Məlumat sızmasına səbəb olan sistem zəifliyinin aradan qaldırıldığını qeyd edilib.