!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook”dan yenilik

!Reklam – Yazi

59288“Facebook” gizlincə “Facebook at Work” saytının üzərində işləyir.

“Facebook” şirkəti “Facebook at Work” saytını mütəxəssislər üçün hazırlayır. Bu layihə birbaşa olaraq “Google”, “Microsoft” və “Linkedin” səhifələri ilə yarışacaq.

Təsdiq edilir ki, “Facebook at Work”un istifadəçiləri çatda həmkarlaları ilə söhbət edə, iş əlaqələri ilə ünsiyyət saxlaya və “Google Drive” və “Microsoft Office”lə eyni olan sənədlər üzərində işləyə bilər. Məlumata görə, yeni sayt “Facebook”a çox oxşar olacaq. Orada əsasən xəbərlər və qruplar olacaq.

Qeyd edilir ki, layinə abunəçilərə “tətil şəkilləri, siyasi mübahisələr və axmaq videolar”la olan şəxsi profillərini professional “şəxsiyyətlər”indən ayrı saxlamaq imkanı verəcək.

Sosial şəbəkənin əməkdaşları bu saytı öz işləri üçün çoxdan işlədir və digər şirkətlər üçün layihənin genişdirilməsi “Facebook” şirkətinin daxilində uzun müddət müzakirə olunub.

Bildirilir ki, bir çox şirkətlərdə personalın sosial şəbəkərdə danışmasına görə, iş yerlərində “Facebook”dan istifadə etmək qadağan olub.

“Facebook” şirkətindən isə hər hansısa şərh verməkdən imtina ediblər.

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv