!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook”dan yenilik

!Reklam – Yazi

14059743902_688e19663f_o“Facebook” sosial şəbəkəsi “Messenger”nə yeni gizli söhbət funksiyasını əlavə edib.

AzVision.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkənin bloqunda yerləşdirilib.

Məlumata qeyd olunur ki, “Messenger” end-2-end şifrələnmə sistemindən istifadə edəcək. Gizli şəkildə mesajlaşmaq üçün istəfadəçi yeni söhbətə daxil olaraq müvafiq bəndi seçməlidir. Bundan əlavə “Facebook”da “yoxa” çıxan mesajlar göndərmək funksiyası da aktivləşib. İstifadəçi “Messenger”də hər bir mesaja vaxt da qoya bilər.

Gizli söhbətlər qıfıl işarəsi ilə göstərilib. Məlumatda vurğulanır ki, bu cür söhbətlərdə digər bütün funksiyalar işləyir, lakin qrup halında gizli yazışmaq mümkün deyil. “Facebook” xəbərdarlıq edir ki, bu cür söhbətlərə yalnız onun yaradıldığı qurğuda baxmaq olur. Sosial şəbəkə, həmçinin bəyan edib ki, funksiya hələ ki, bütün qurğularda aktiv deyil.

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv